METBUAT.AZ

İdman

Daha bir cüdoçumuz Avropa çempionu oldu

6 Sentyabr 2024 19:21

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

Metbuat.az xəbər verir ki, millimiz yarışların ikinci günündə ikinci qızıl medalı aktivinə yazdırıb.

Süleyman Şükürov (81 kq) finalda gürcüstanlı Aleksandre Loladze ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn Şükürov yarışın qalibi olub.

Bu gün Vüsal Qələndərzadə də (73 kq) qızıl medal qazanıb.


metbuat.az.