8 Sentyabr 2024 19:26
Daşınmaz əmlaka dair texniki sənədlərin həqiqiliyini portal vaxitəsilə yoxlamaq mümkündür.
Metbuat.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidməti "e-emlak.gov.az" Elektron Xidmətlər Portalında "Daşınmaz əmlaka dair texniki sənədin yoxlanılması" xidmətini təqdim edib.
Burada torpaq sahəsinin plan və ölçü sənədi, mənzil, fərdi yaşayış evi və digər daşınmaz əmlaklara dair texniki sənədlərin əslinə baxmaq mümkündür. Məqsəd daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın təmin olunması, texniki pasport və torpaq sahələrinə dair plan və ölçü sənədlərinin elektron formada təqdim edilməsidir.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadovun sözərinə görə, mülkiyyət hüququnu təsdiq edən sənədlə yanaşı, daşınmaz əmlaka dair texniki sənədlərin elektron qaydada verilməsi qeydiyyat prosesində vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsinə xidmət edir.
Ekspert qeyd edib ki, sənədlərin elektronlaşması xidmətinin istifadəyə verilməsi əmlakın qeydiyyatının daha da sadələşdirilməsinə imkan verib. Artıq mülkiyyətçilər daşınmaz əmlaka dair texniki sənədlərini onlayn formada qeydiyyat və reyestr nömrələrini qeyd etməklə yoxlaya bilirlər. Adıçəkilən xidmətə keçid zamanı açılan pəncərədə texniki sənədin qeydiyyat və reyestr nömrəsini daxil edərək axtarış etmək mümkündür. Qeyd edilən nömrələr əsasında sistemdə aşkar olunan plan ölçü və ya texniki pasportun təsviri əks olunur.
Sənədlərin elektron müstəviyə keçilməsi ilə onların itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlər, eləcə də sənədlərin saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halları da tamamilə aradan qalxacaq.
Daha ətraflı videoda: