4 Sentyabr 2024 15:40
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini açıqlayıb. Ali Məclis seçkilərində öndə olan ən gənc namizəd Əziz Qasımovdur. Onun 28 yaşı var.
Metbuat.az xəbər verir ki, 1996-cı il təvəllüdlü Ə.Qasımov Naxçıvan Dövlət Universitetinin Kadr və ümumi işlər şöbəsinin müdiridir. O, 2013-cü ildə Şərur Türk Liseyini, 2017-ci ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisasını, 2019-cu ildə daxil olmaqla Naxçıvan Dövlət Universitetinin “Dövlət hüququ” ixtisası üzrə magistratura pilləsini bitirib.
Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri olub. Həmçinin, 2022-ci il Gənclər üçün Prezident mükafatçısıdır.
Qeyd edək ki, Ə.Qasımov isə 32 saylı Naxçıvan şəhər seçki dairəsindən 57.89 faiz səslə birincidir.