3 Sentyabr 2024 12:00
Xalq artisti, Naxçıvan Ali Məclisinin deputatı Həsən Ağasoyun səhhətində problem yaranıb.
Metbuat.az olay.az-a istinadən xəbər verir ki, belində güclü ağrılar əmələ gələn sənətçi müalicə olunmağa başlayıb.
“Dünən iş yerimdə boşluqdan zirzəmiyə yıxıldım. Belimdə güclü ağrılar var. Hazırda evdə müalicəm davam edir. İnşallah yaxşı olar, düzələcəm! Kollektivim məni tək qoymadı. Sağ olsunlar”, - deyə, H. Ağasoy vurğulayıb.