23 Sentyabr 2024 22:49
Joze Mourinyo derbidə “Qalatasaray”a 1-3 hesabı ilə məğlub olan “Fənərbaxça”da rotasiya edəcək.
Metbuat.az xəbər verir ki, “Fənərbaxça” növbəti oyunda UEFA Avropa Liqası çərçivəsində “Union SG”ni qəbul edəcək. Bildirilir ki, Joze Mourinyo derbi ilə oyuna çıxan əsas heyət oyunçusunun 6-nı dəyişdirəcək. “Fanatik” qəzetinin məlumatına görə, əvəzedici heyətdə olan İrfan Can Eğribayıt “Union SG” matçında ilk 11-də yer ala bilər. Həmçinin, Sofyan Amrabat yarımmüdafiədə əsas heyətdə meydana çıxa bilər.
Yarımmüdafiədə oynamaq şansı əldə edəcək digər futbolçunun Mert Hakan Yandaş olacağı vurğulanıb. Derbidə əvəzedici heyətlə meydana çıxan Cengiz Ünderin bu dəfə ilk 11-də meydana çıxa biləcəyi qeyd edilib. Mourinyonun hücumçu kimi Cenk Tosuna şans verəcəyi deyilir.