METBUAT.AZ

İqtisadiyyat

Dünya bazarlarında neft bahalaşır

24 Sentyabr 2024 10:07

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəyəri 1,15% artaraq 1 barelə görə 74,05 ABŞ dolları təşkil edib.

Metbuat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabr ayında ixrac etməklə WTI (“West Texas Intermediate”) markalı neftin 1 barelinin qiyməti isə 1,25% artaraq 1 barelə görə 71,25 ABŞ dolları olub.


metbuat.az.