4 Sentyabr 2024 17:29
Braziliya prezidenti Lula da Silva sosial media platforması X-ə giriş qadağası ilə bağlı açıqlamalar verib.
Metbuat.az bildirir ki, "CNN Brazil" televiziyasına danışan prezident Braziliya məhkəmə sisteminin X-ə girişi qadağan edərək əhəmiyyətli bir mesaj verdiyini ifadə edib. O deyib ki, dünya Elon Mask zəngin olduğu üçün onun ifrat sağçı baxışlarına dözmək məcburiyyətində deyil.
Qeyd edək ki, Braziliyada Ali Məhkəmə keçmiş prezident Jair Bolsonaroya qarşı "çevriliş cəhdi" istintaqı çərçivəsində X-dən bəzi insanlar haqqında məlumat verməsini və bəzi hesabları bloklamasını tələb etdi. Tələb rədd edildikdən sonra məhkəmə X-ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib.
Şirkət Braziliyaya ayrılan vaxt ərzində qanuni nümayəndə təyin edə bilmədikdən sonra, Braziliya Ali Məhkəməsi keçən həftə nümayəndə təyin olunana və cərimələr ödənilənə qədər X-ə giriş qadağası qoyulduğunu elan edib.