2 Sentyabr 2024 14:13
Sərbəst güləş üzrə Olimpiya çempionu Aleksandr Medved 87 yaşında vəfat edib.
Metbuat.az xəbər verir ki, bu barədə Belarus Güləş Federasiyası məlumat yayıb.
Medved 1972-ci ildə Münhen Olimpiadasında SSRİ yığmasının ulduzu olub. Aleksandr Medved dünyada ən çox titul qazanan sərbəst güləşçi hesab olunur.
O, idman karyerası ərzində üç dəfə - 1964, 1968, 1972-ci illərdə Olimpiya Oyunlarının qızıl medalını qazanıb.