5 Sentyabr 2024 10:36
Rusiya Fransada saxlanılan Telegram-ın yaradıcısı Pavel Durova bütün lazımi yardımı göstərməyə hazırdır.
Metbuat.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Uzaq Şərq İqtisadi Forumunda (EFF) "İzvestiya " qəzetinə müsahibəsində deyib.
Peskovun sözlərinə görə, Rusiya vətəndaşlığına malik olmasına baxmayaraq, Pavel Durovun da Fransa vətəndaşlığı var ki, bu da Rusiyanın imkanlarını azaldır.
O bildirib ki, Pavel Durovun saxlanması ilə bağlı vəziyyət çətin ki, nə Rusiya nə də Fransa tərəfini hər hansı təmas qurmağa sövq etsin.
Qeyd edək ki, Pavel Durov avqustun 24-də Paris hava limanında saxlanılıb.