METBUAT.AZ

Dünya

"E-Class" və "S-Class"ın dizayneri vəfat etdi -

30 Sentyabr 2024 21:48

"Mercedes-Benz"in populyar modellərinin müəllifi dizayner Bruno Sakko 90 yaşında dünyasını dəyişib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, italyan əsilli Bruno Sakko 1975-1999-cu illər arasında Mercedes-Benz-də baş dizayner vəzifəsini icra edib. O, bu dövrdə şirkətin bir çox tanınmış modellərinin yaradılmasında böyük rol oynayıb. Onun dizayn etdiyi məşhur avtomobillər arasında W123, W124 E-Class, R129 SL-Class və W126/C126 S-Class kimi ikonik modellər yer alır.

Sakko "Mercedes"də rəhbər vəzifədə işləsə də, şirkətə ilk dəfə 1957-ci ildə stilist kimi daxil olmub. Bu müddət ərzində başqa bir əfsanəvi dizayner Paul Bracq ilə birlikdə çalışıb. "Mercedes" tarixində mühüm yeri olan W113 SL modelinin dizaynında da iştirak edib.

Bruno Sakkonun ən çox qürur duyduğu işlərindən biri isə W123 seriyasıdır. Bu model "Mercedes-Benz"in ən uğurlu seriyalarından biri kimi tarixə düşüb.


metbuat.az.