18 Sentyabr 2024 14:44
Əfsanəvi italyan futbolçu Salvatore Skillaçi vəfat edib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bir müddət xərçəng xəstəliyindən müalicə olunan Skillaçi 59 yaşında dünyasını dəyişib.
"Toto" ləqəbli Şillaçi 1990-cı il Dünya Kubokunda göstərdiyi performansla italyanların simvolu olmağı bacarmışdı. O, 6 qolla 1990-cı il dünya çempionatının bombardiri olub. Turnirdə İtaliyanın 3-cü yer tutmasında böyük paya malik olan futbolçu o vaxt “Qızıl ayaqqabı” və “Qızıl top” mükafatlarını da qazanmışdı.