METBUAT.AZ

Ölkə

Elçin Turabov vəfat etdi

5 Sentyabr 2024 22:11

Müstəqil Azərbaycan radiosunun siması, CONNECT şirkətinin yayım departamentinin direktoru Elçin Turabov vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat veriblər.

Elçin Turabov 80-ci illər nəslinin yaxşı tanıdığı, "Birinci FM" kimi tanınan məşhur radionun yaranmasının şahidi olan bir şəxs idi.

Onun səsi insanları depressiyalardan çıxarmağa kömək edir, efirdəki şən zarafatları ilə dinləyiciləri problemlərinə başqa bucaqdan baxmağa təşviq edirdi. Eyni zamanda, Elçin həmişə o dövrdə kifayət qədər ciddi problemləri qaldırmağı bacarırdı.


metbuat.az.