METBUAT.AZ

Siyasət

Əliyevin sürpriz həmləsi Avropanın planlarını alt-üst etdi:

4 Sentyabr 2024 11:03

Avropa Birliyi Türkiyənin BRİCS-ə üzv olmaq üçün müraciət etməsi barədə iddialara münasibət bildirib.

Metbuat.az xəbər verir ki Avropa Komissiyasının xarici işlər və təhlükəsizlik siyasəti üzrə sözçüsü Piter Stano, müraciətə baxmayaraq Ankaranın Avropa Birliyinə namizəd ölkə statusunun davam edəcəyini bildirib. Brüsseldə keçirilən mətbuat konfransı Stano bildirib ki, hər ölkə kimi Türkiyə də ittifaqlar qura və əməkdaşlıq edə bilər. Bununla belə, Stano, namizəd ölkələrin Avropa Birliyinin dəyərlərinə və müqavilələr üzrə öhdəliklərinə hörmət etməli olduğunu qeyd edib. Stano əlavə edib ki, Avropa Birliyi üzvlüyünə qəbul edilən ölkələr qurumun siyasətinə, o cümlədən ticari razılaşmalar çərçivəsində həyata keçirilən siyasətlərə tam uyğun gəlməlidirlər.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin Bakıdakı görüşündən sonra Azərbaycan BRİCS-ə üzvlük üçün rəsmi müraciət edib. Ardınca ABŞ mətbuatında Türkiyənin BRICS-ə üzv olmaq üçün müraciət etdiyi iddiaları yer alıb. İddianın Türkiyə ilə sıx əlaqələri olan Rusiyanın BRİCS-ə sədrliyi dövründə gündəmə gəlməsi diqqət çəkib.


metbuat.az.