18 Sentyabr 2024 14:15
Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.
Metbuat.az APA-ya istinadla xəbər verir ki, bu gün onun barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxılacaq.
Elman Paşayev həbs olunacağı təqdirdə, onun Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi dondurulacaq.
Qeyd edək ki, dünən Rusiya Hərbi İstintaq Komitəsi Paşayevin saxlanıldığı barədə məlumat yayıb. Bildirilib ki, Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.