1 Sentyabr 2024 11:17
Tezliklə “Neftçi”də iki ayrılıq yaşanacaq.
Metbuat.az football-plus.az-a istinadən xəbər verir ki, Emin Mahmudovla Qara Qarayev karyerasına başqa komandada davam etmək qərarına gəlib. Buna məlum məsələlər səbəb olub.
Xatırladaq ki, baş məşqçi Roman Qriqorçukun istəyi ilə kapitan sarğısı Emindən alınıb. Mütəxəssis onu start heyətində də görmək istəmir. Qara da çalışdırıcının qərarıyla əsas komandadan didərgin düşüb.
İndi Mahmudov legioner həyatı yaşamaq niyyətindədi. O, Türkiyənin 1-ci liqa klublarından gələn təkliflər arasından seçim edir. Qarayev isə ölkəmizdə qalacaq. Futbolçu premyer-liqa təmsilçilərindən birinin formasını geyəcək. Onlar yay “transfer pəncərəsi” bağlanan günə qədər “Neftçi” ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam vermək planı qurur.