21 Sentyabr 2024 11:33
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin adından dələduzluq edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Emreli özünün "Instagram" hesabında qeyd edib:
"Hörmətli izləyicilərim, eşitdiyimə görə mənim adımdan insanlara mesaj yazaraq, hətta şəxsiyyət vəsiqəmi göndərərək pul istəyirlər. Xahiş edirəm belə dələduzluqlara inanmayın. Bir də belə bir halla qarşılaşsanız, aidiyyəti qurumlara müraciət edin".