30 Sentyabr 2024 23:20
"Bütün bölgəni alova bürüyən bu quldurluğa qarşı beynəlxalq ictimaiyyət daha çox susmamalıdır. Biz bu zülmə və vəhşiliyə boyun əyməyəcəyik. Bu gün Fələstin və Livanı müdafiə etmək insanlığı, sülhü və müxtəlif inanc və mədəniyyətlərin birgə yaşayışına sahib çıxmaq deməkdir".
Metbuat.az xəbər verir ki, bu fikiləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4 saat davam edən Nazirlər Kabinetinin iclasından sonra deyib.
O, Livanda 1 milyona yaxın insanın yurdlarını tərk etdiyini və 30 ton humanitar yardımın artıq Beyruta çatdırıldığını bildirib. Türkiyə Prezidenti İsrailin hücumlarını dayandırmaq üçün diplomatik fəaliyyətlərin də sürətləndirildiyini bildirib.
“Biz BMT-nin 1950-ci ildə qəbul etdiyi “Sülh naminə birlik” qətnaməsindəki göstərildiyi kimi beynəlxalq güclərin hərəkətə keçməsini tələb edirik. Gözünü qan və nifrət bürümüş radikal sionistlər bölgəmizə və bütün dünyana od vurur. Ən böyük reaksiyanı İslam ölkələri verməlidir. Biz bu zülmə, bu barbarlığa heç vaxt razı olmayacağıq", - deyə Ərdoğan bildirib.