2 Sentyabr 2024 11:56
"Fənərbağça"nın heyətdə düşünülməyən futbolçusu Rade Kruniçin yeni klubu bəlli olmaq üzrədir.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, Kruniç Birləşmiş Ərəb Əmirliklərinin "Al-Wahda" klubunda oynamağa razılıq verib. İstanbul təmsilçində illik 2,5 milyon avro qazanan futbolçuya ərəblər də eyni məbləği təklif ediblər.
Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi "Fənərbağça"ya "Milan"dan gəlmişdi. O, türk klubunda cəmi 4 oyunda meydana çıxa bilib.