METBUAT.AZ

Dünya

Ermənistan - Azərbaycan münasibətləri müzakirə edildi

21 Sentyabr 2024 03:18

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Coşua Hak ilə Ermənistan - Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə danışıqlar prosesini müzakirə edib.

Metbuat.az xəbər verir ki, bu barədə A.Qriqoryan sosial şəbəkə hesabında məlumat verib. Danışıqlar zamanı tərəflər regional təhlükəsizlik məsələlərinə də toxunublar.

Bundan başqa, görüşdə Ermənistan-ABŞ ikitərəfli münasibətləri müzakirə olunub.


metbuat.az.