METBUAT.AZ

Sosial

Ət, meyvə və tərəvəzin qiyməti bu tarixdə artacaq -

9 Sentyabr 2024 15:04

"Payız aylarında qiymətlər ötən ilki dövrə nisbətən bir qədər baha olacaq. Çünki yay aylarında hava şəraiti əlverişsiz keçdi, məhsuldarlıq aşağı düşdü".

Bu sözləri Metbuat.az-a açıqlamsında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, payızda yetişən meyvə, tərəzəvlər yaz və yay aylarında vegetasiya dövrü keçir:

"Həmin dövrün bir hissəsi meyvənin əmələ gəlməsidir. Bu formalaşma dövrü də dolu, yağış, küləklə müşahidə olundu. Meyvələrin bir hissəsini çiçəklənən dövrdə yağış vurdu. Mayalanma prosesini pozdu və çiçəyin tökülməsinə gətirib çıxartdı. Bu da meyvə və tərəvəzin məhsuldarlığına mənfi təsir göstərdi. Ona görə məhsuldarlıq bütün məhsullar üzrə çox aşağıdır. Aşağı məhsuldarlıq da qiymət artımına səbəb olacaq".

Akif Nəsirlinin sözlərinə görə, meyvə tərəvəz ötən ilki dövrə nisbətən baha olacaq:

"Meyvə və tərəvəzlə yanaşı ət də bahalaşacaq. Çünki yay mövsümündən sonra ətə təlabat artır. Ətin maya dəyəri də yüksəlir. Ona görə də ətin bahalaşma tendensiyası hiss olunur. Bəzi yerlərdə artıq mal əti 50 qəpik, quzu əti isə 1 manat bahalaşıb. Bu tendensiya davam edəcək. Çünki heyvandarlığın yem bazasına bu ilki ilin havası çox ciddi təsir göstərdi. Yemin qıtlığı, təklifin azlığı, qiymətin bahalaşmasına gətirib çıxarır".

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.