METBUAT.AZ

İdman

Etdiyi zarafata görə diskvalifikasiya oluna bilər

14 Sentyabr 2024 03:18

“Tottenhem”in yarımmüdafiəçisi Rodriqo Bentankur xoşagəlməz açıqlamasına görə bir neçə oyunu buraxa bilər.

Metbuat.az xəbər verir ki, futbolçu komanda yoldaşı Son Hın Minə etdiyi zarafata görə diskvalifikasiya olunmaq təhlükəsi ilə üzləşib.

Belə ki, o, Sonun formasını vermək istənildikdə, gülərək, cənubi koreyalıların bir-birinə çox bənzədiyini bildirib.


metbuat.az.