METBUAT.AZ

İdman

"Fənərbağça"nın israrla istədiyi Medinanın klubundan açıqlama

6 Sentyabr 2024 15:16

"Boka Xuniors"da çıxış edən və "Fənərbaxça"nın transfer gündəmində olan Kristian Medina üçün yeni açıqlama verilib.

Metbuat.az bildirir ki, "TNT Sports"a müsahibə verən "Boka Xuniors"un meneceri Maurisio Serna futbolçunun gələcəyi ilə bağlı danışıb. Sernanın açıqlaması belədir:

"Hələ dəqiq bir şey yoxdur. Çoxlu söz-söhbətlər var. Təəssüf ki, bəzi ölkələrdə transfer bazarı hələ də açıqdır. Bu, bizim üzərimizdə gərginlik yaradır. Pulu stolun üstünə qoyub, oyunçularınızı alırlar. Çətin vəziyyətdəyik, amma bu, oyunun qaydalarından biridir. Biz inanırıq ki, Kristian bizimlə qalacaq, daha yaxşı və daha yaxşı oynayacaq, parlayacaq. Medina bundan daha yaxşı ola bilər".

Qeyd edək ki, "Fənərbağça" 22 yaşlı Kristian Medina üçün artıq 4 təklif göndərib. Türk mediasının yazdığına görə, futbolçu özü də Joze Mourinyo ilə çalışmaq istəyir.


metbuat.az.