METBUAT.AZ

İdman

"Fənərbağça" qalması üçün Ferdiyə rekord məbləğ təklif edib

2 Sentyabr 2024 11:17

"Fənərbağça"nın Ferdi Kadıoğluna klubda qalması üçün təklif etdiyi məbləğ ortaya çıxıb.

Metbuat.az "Sabah"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 1,5 milyon qazanan Kadıoğluna illik 4 milyon avro maaş təklif edib. Lakin İngiltərə çempionatında oynamağı arzulayan Ferdi bu təklifi qəbul etməyib.

Qeyd edək ki, türk futbolçunu "Brayton"a 30+5 milyon avro qarşılığında keçib. O, yeni klubunda illik 2,5 milyon avro qazanacaq.


metbuat.az.