METBUAT.AZ

İdman

"Fənərbağça​"ya "Tvente" matçı öncəsi pis xəbər

30 Sentyabr 2024 23:52

“Fənərbağça” “Antalyaspor”la matçda zədələnən Çağlar Söyüncü ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, klubdan zədələnən Çağlar Söyüncünün səhhəti ilə bağlı bildirilib ki, müayinə üçün MRT çəkilişi aparılıb:

"Müayinələr nəticəsində sol arxa əzələdə qanaxma və ödem aşkarlanıb və dərhal futbolçumuzun müalicəsinə başlanılıb".

"Fənərbağça"nın "Tvente" ilə çətin səfər matçında Çağlar Söyüncünün meydana çıxmayacağı dəqiqləşib.


metbuat.az.