METBUAT.AZ

İdman

“Fənərbaxça” - Messi savaşında qalib türklər oldu

10 Sentyabr 2024 09:43

“Fənərbaxça” Krisitan Medina ilə razılığa gəlib.

Metbuat.az xəbər verir ki, tərəflər arasında ilkin anlaşmanın imzalandığı irəli sürülür. İddialara görə, futbolçu “Fənərbaxça” klubuna növbəti transfer vaxtında qatılacaq. Bildirilir ki, “Fənərbaxça” futbolçu üçün bonuslarla birgə 15 milyon avro ödəyəcək. Müqavilədə futbolçunun mümkün zədələnməsi ilə bağlı bəndin də olduğu deyilir. Belə ki, futbolçu zədələnərsə, “Fənərbaxça” müqaviləni poza bilər.

Qeyd edək ki, argentinalı futbolçunun “İnter Mayami”yə transfer olması üçün Lionel Messinin səy göstərdiyi deyilirdi. “Boka Juniors”da futbola başlayan Medina Argentina nəhəngi ilə 155 matçda 9 qol vurub, 11 məhsuldar ötürmə edib.


metbuat.az.