METBUAT.AZ

İdman

FIFA nalayiq jest edən argentinalı qapıçını cəzalandırdı

28 Sentyabr 2024 15:16

Argentina millisinin və İngiltərənin “Aston Villa” komandasının qapıçısı Emiliano Martinez iki oyunluq cəzalanıb.

Metbuat.az Argentina Futbol Assosiasiyasının (AFA) rəsmi saytına istinadən xəbər verir ki, buna qolkiperin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Çili üzərində qazanılan qələbədən sonra (3:0) etdiyi nalayiq jest səbəb olub.

Buna görə də FIFA E. Martinezi iki oyunluq diskvalifikasiya edib. O, seçmə mərhələdə Venesuela və Boliviya ilə keçiriləcək oyunlarda forma geyinməyəcək.


metbuat.az.