METBUAT.AZ

Maraqlı

Gecə, yoxsa gündüz doğulmusunuz? -

26 Sentyabr 2024 21:31

Doğum vaxtı insan həyatına müxtəlif təsirlər göstərə bilər. Bəzi insanlar günəşin doğduğu vaxt dünyaya gələrkən, digərləri isə gecə saatlarında dünyaya göz açır. Bəs doğum vaxtının həyatımıza olan təsirləri nələrdir?

Metbuat.az xəbər verir ki, astroloqlara görə gündüz dünyaya gələnlərlə gecə saatlarında doğan insanların həyatları arasında fərqliliklər mövcuddur. Doğum vaxtına görə olan həmin fərqləri təqdim edirik:

Gündüz doğulanlar həyata daha pozitiv yanaşırlar. Xarakter etibarilə daha ünsiyyətcil və enerjilidirlər. Getdikləri hər bir məkanın enerjisini yüksəldərlər və insanlar onlara daha çox cəlb olunarlar. Lider olmaq, idarəçilik etmək qabiliyyətləri yüksəkdir. Səhnə sənətləri, tamaşalar, və ya ictimai çıxışlar maraqlarını çəkə bilər. Xüsusi bacarıqları ola bilər (məsələn, yaxşı yemək bişirmək, tikiş tikmək və s.). Başqalarından öyrənməyə açıq və qürurlu şəxsiyyət olurlar.

Gecə doğulanlar daha duyğusal xarakterə sahib olurlar. Həyatlarında qadın fiqurları daha çox yer tuta bilər. Yazı, rəsm, şeir kimi yaradıcı bacarıqları ola bilər. Daha daxili bir enerji daşıyırlar və düşüncələri tez-tez dəyişə bilər. Keçmiş və ailə kökləri onlar üçün əhəmiyyətli ola bilər. Maddi və ya mənəvi təhlükəsizlik gecə doğulanlar üçün böyük önəm daşıya bilər. Faydalı olmağa daha çox meyillidirlər. Bəzən özlərindən tez çıxa bilərlər, lakin onların bağışlamaq bacarıqları da yüksəkdir.


metbuat.az.