METBUAT.AZ

Texnologiya

​"Google Play Store"a çoxdan gözlənilən funksiya gəlir

30 Sentyabr 2024 20:21

Androidin əsas tətbiq marketi olan "Google Play Store"da yeni funksiya istifadəyə verilib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, yeni funksiya "Google Play Store" telefon və planşetə yüklənən oyun və tətbiqlərin quraşdırıldığı an açılmasını təmin edir.

Uzun müddətdir gözlənilən funksiya yükləmək istədiyiniz tətbiqin altında olan sürüşdürmə düyməsi ilə aktivləşdirilir. Bu düyməni aktiv etdikdə tətbiq quraşdırıldıqdan cəmi 5 saniyə sonra avtomatik olaraq işə düşür.

Avtomatik açma seçimindən istifadə edildikdə cihazda geri sayımı göstərən bildiriş görünür və istifadəçilər tətbiqin nə zaman işə düşəcəyi barədə məlumat verilib. Bu yenilik "Google Play Store"un 42.5.15 versiyasında təqdim edilməyə başlayıb.

Bu yenilik tətbiqi quraşdırıldıqdan dərhal sonra açmaq istəyən, lakin başqa işlərlə məşğul olan istifadəçilər üçün çox faydalı olacaq. Bunun sayəsində "Google Play Store"da tətbiqin quraşdırılma prosesini izləmədən internetdə gəzmək və ya başqa işlərlə məşğul olmaq mümkündür.

Qeyd olunan yenilik dünyada mərhələli şəkildə yayımlanacaq, bütün Android cihazlara çatması bir az vaxt ala bilər. Xüsusiyyət smartfonlarda avtomatik olaraq aktiv olacaq, lakin istifadəçilər onu quraşdırma səhifəsindən asanlıqla deaktiv edə bilərlər.


metbuat.az.