22 Sentyabr 2024 10:08
Azərbaycan güləşçiləri Belarusun paytaxtı Minskdə keçirilən sərbəst güləş üzrə Aleksandr Medvedin xatirə turnirində 8 medal qazanıb.
Güləş Federasiyasının mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Cəbrayıl Qadjiyev (74 kq), Arseniy Djioyev (86 kq) və Abubakr Abakarov (92 kq) qızıl, Orxan Abasov (79 kq) gümüş, Rəşid Babazadə (65 kq), Əli Rəhimzadə (70 kq), Şamil Zubairov (92 kq) və Aslan Abakarov (97 kq) bürünc medal əldə edib.
Qeyd edək ki, komanda ənənəvi yarışda baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyevlə Şərif Şərifovun rəhbərliyi altında mübarizə aparıb.