METBUAT.AZ

Şou

Günay Firudinqızı bu kanalda çalışacaq -

21 Sentyabr 2024 13:19

Tanınmış aparıcı Günay Firudinqızı artıq MTV-də çalışacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, özünün "Instagram" hesabında paylaşım edib:

“Sevgili dostlar, yeni mövsümdən qarşınızdayam. Kariyeramı MTV kanalında davam etdirirəm. Sizinlə axşam saatlarında görüşəcəyik və yenidən tarixə düşəcək verilişlər edəcəyik. Gəlin birlikdə geriyə baxaq və illərə meydan oxuyaq”.

Qeyd edək ki, aparıcı daha əvvəl ATV-də fəaliyyət göstərirdi.


metbuat.az.