METBUAT.AZ

Dünya

Harris seçilsə, bu ölkə məhv olacaq -

6 Sentyabr 2024 14:25

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Kamala Harrisin prezident olacağı təqdirdə “İsrail artıq mövcud olmayacağını” deyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Yəhudi seçicilərdən səs istəyənləri və Demokratlara dəstək verənləri anlaya bilmədiyini ifadə edən Tramp, “Demokratlara səs verən yəhudi amerikalıların zehninin yoxlanılması lazımdır” şərhini verib.

Tramp həmçinin bəyan edib ki, əgər son seçkidə prezident seçilsəydi, HƏMAS-ın 7 oktyabrda İsrailə qarşı həyata keçirdiyi hücumlar baş verməzdi.

Harrisin kampaniya komandasının Trampın açıqlamalarına qarşı verdiyi açıqlamada Trampın yəhudi amerikalıları “açıq-aşkar təhqir etdiyi” və “şəxsi maraqlarına uyğun gələrsə, birdən-birə İsraildən üz döndərə biləcəyi” qeyd edilib.


metbuat.az.