23 Sentyabr 2024 10:51
Demokratlar Partiyasından prezidentliyə namizədliyini irəli sürən ABŞ-nin vitse-prezidenti Kamala Harris respublikaçı rəqibi Donald Trampla növbəti debat raundunun keçirilməsinin zəruriliyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
“Bizim növbəti debatımız lazımdır. Rəqibim onlardan qaçmaq üçün səbəb axtarır. Amma razılaşmalıdır. Seçki gününə qədər Amerika xalqı və seçiciləri ilə bir daha görüşmək öhdəliyimiz var”, - deyə Harris Nyu-Yorkda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.
Qeyd edək ki, Donald Tramp və Kamala Harris arasında debatın ilk raundu sentyabrın 10-da baş tutub.
CNN/SSRS sorğusuna əsasən, qeydə alınmış seçicilərin 63%-i xanım Harrisin qalib gəldiyini bildirib.