METBUAT.AZ

Ölkə

Hava ilə bağlı sarı xəbərdarlıq elan edildi

23 Sentyabr 2024 16:38

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Sentyabrın 24-ü gündüzdən 25-i axşamadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq verilib.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

Sarı xəbərdarlığa uyğun olaraq Şabran, Xaçmaz, Siyəzən, Xızı, Salyan, Neftçala, Cəlilabad, Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


metbuat.az.