METBUAT.AZ

İqtisadiyyat

Hava nəqliyyatı ilə yük və sərnişin daşımaları artıb

14 Sentyabr 2024 15:28

Azərbaycanda bu ilin yanvar-avqust aylarında hava nəqliyyatı ilə 2 656,7 min və ya 39,7 faiz çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmişdir.

“Bu nəqliyyat növü ilə yükdaşıma 18,5% artaraq 270,2 min ton olub”, - məlumatda qeyd olunur.


metbuat.az.