METBUAT.AZ

Siyasət

Hazırda sülh müqaviləsi bundan asılıdır -

5 Sentyabr 2024 14:11

"Ermənistan sülh prosesinin uzanmasında maraqlıdır, bütün vasitələrlə vaxt uzadırlar. Aydın görünür ki, Paşinyan hökuməti sülhdə maraqlı deyil. Amma Ermənistan sülh müqaviləsini imzalamağa məcburdur".

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasətçi Akif Nağı deyib. O bildirib ki, artıq Rusiya da Azərbaycan və Ermənistan arasında hər-hansısa sənədin imzalanmasında maraqlıdır:

"ABŞ da bu məsələdə maraqlı görünür. Baxmayaraq ki, irəvan Rusiyadan uzaqlaşmağa çalışır, yenə Ermənistanda Rusiyanın təsir imkanları var. Qərb və Amerika da regiona gəlmək istəyir. Bunun üçün Rusiya çalışır ki, Ermənistanla Azərbaycan arasında hansısa razılaşma olsun, rahat şəkildə Zəngəzura gəlsin, Zəngəzur dəhlizini müəyyən vasitələrlə nəzarətə götürsün. Hal-hazırda sülh müqaviləsi Zəngəzur dəhlizindən aslıdır. Onun ətrafında proses gedir".

Düzdür, Azərbaycan-Ermənistan arasında belə bir razılaşma oldu ki, kommunikasiyanın açılması ilə bağlı məsələ sülh müqaviləsindən sonra həllini tapsın. Amma bu, sözdə belədir. Əslində Zəngəzur dəhlizi ilə bağlı çox ciddi maraqlar var".

Akif Nağının sözlərinə görə, Azərbaycan çox istəyir ki, COP-29 ərəfəsində hər-hansısa sənəd imzalansın:

"Bu, Azərbaycan diplomatiyasının uğuru olacaq. Azərbaycan da buna cəhd göstərir. Amma bütün ümidlərini sülh müqaviləsinə bağlamır. Dövlətimizin mövqeyi var. Bunu da İrəvan görür. Ermənistan başa düşür ki, əgər Azərbaycanın dedikləri ilə razılaşmasalar, Bakı başqa vasitələr və ya güc tətbiqi ilə öz haqqını qoruyacaq. Amma Azərbaycanın təklifi ondan ibarətdir ki, ikitərəfli, vasitəçisiz format davam etdirilsin.

Seyranə Quliyeva / Metbuat.az


metbuat.az.