9 Sentyabr 2024 11:44
"İstəyərdim hər kəs məsələyə müsbət tərəfdən yanaşsın. Təbii ki, yanlışlıq var fikirlərimdə. Amma bəziləri bundan sui-istifadə edərək özlərinin çirkab, ləkə dolu fikirlərini paylaşmasınlar".
Bunu Metbuat.az-a açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. O bildirib ki, qalmaqala səbəb olan sözlərindən sonra ona qarşı səsləndirilən fikirlər yanlışdır:
"Xüsusən də bəzi Fətullah Gülənlə əlaqəsi olan adamlar ağızlarına gələni danışırlar. Məni guya hansısa xarici dövlətin xüususi xidmət orqanları ilə bağlayırlar. Çox məkrli, səviyyəsiz açıqlamadır. Özləri həmişə ora-bura xidmət ediblər, böyük ehtimalla bu gün də o xidmətə davam edirlər. Hesab edirlər ki, digərləri də onlar kimidir. Biz həmişə Azərbaycana xidmət etmişik, milli birlik naminə çalışmışıq, Prezident İlham Əliyevin siyasətini dəstəkləmişik. Çünki düzgün siyasətdir".
Qeyd edək ki, Akif Nağının yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslərin üstünlük təşkil etməsi ilə bağlı fikirləri siyasi sferada qalmaqala səbəb olub. Bir çox siyasətçi onu bu fikirlərinə görə tənqid edib.
Cavidan Mirzəzadə / Metbuat.az