METBUAT.AZ

Dünya

Həsən Nəsrullah öldürüldü -

27 Sentyabr 2024 22:04

İsrail ordusu Livanın cənubunda yerləşən, “Hizbullah”a hədəflərinə zərbələr endirdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama verib. Məlumata görə, Beyrutun cənubuna da zərbələr endirilib və paytaxtda güclü partlayışlar eşidilib. Beyrutun səması qara tüstüyə bürünüb. Bəzi mənbələr hücumlar zamanı “Hizbullah”ın lideri Həsən Nəsrullahın həlak olduğunu irəli sürüblər.

Məlumata görə, “Hizbullah” üzvlərinin olduğu iddia edilən 6 bina 15 raketlə vurulub. “Hizbullah” hərəkatı isə Həsən Nəsrullahın həyatda olduğunu açıqlayıb.


metbuat.az.