METBUAT.AZ

Dünya

Himalay buzlaqlarında 1700 qədim virus ştammı aşkar edildi

3 Sentyabr 2024 17:07

Himalay buzlaqlarında 1700 qədim virus ştammı aşkar edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, tapılan 1700-dən çox yeni virus növü qlobal istiləşmənin təsiri altında əriyib, bəşəriyyət üçün potensial təhlükə yarada bilər.

Bu virusların təxminən 41 min ildir buzlaqarda gizləndiyi müəyyən edilib. Qlobal istiləşmə nəticəsində bu virusların əriyib insanlar üçün təhlükə yarada biləcəyi ilə bağlı narahatlıq elm aləmində müzakirə olunmağa başlayıb.

Tədqiqatçılar bildirirlər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur. Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb.

Mütəxəssislər buzlaqlarda tapılan bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildirsələr də, köhnə virusların yenidən ortaya çıxmasından daha çox yeni virusların təkamülünün narahatlığa səbəb olduğunu bildirirlər.


metbuat.az.