30 Sentyabr 2024 23:42
“Hizbullah” hərəkatın icra şurasının rəhbəri Haşim Safiyuddinin İsrailin hücumunda öldürülən Həsən Nəsrullahın yerinə seçildiyi barədə xəbərlərə dair açıqlama verib.
Metbuat.az xəbər verir ki, “Hizbullah”ın yazılı açıqlamasında deyilir ki, hərəkatın rəhbərliyi ilə bağlı mətbuatda olunan xəbərlər həqiqəti əks etdirmir.
“Aydınlaşdırmaq istərdik ki, baş katibimizin (Nəsrullah) şəhadətindən sonra “Hizbullah”ın rəhbərlik etdiyi təşkilati prosedurlarla bağlı bəzi KİV-lərdə yayılan xəbərlər tamamilə yalandır”, - deyə bəyanatda bildirilir.
Açıqlamada hərəkat rəhbərliyinin məsələ ilə bağlı işlərini davam etdirdiyi diqqətə çatdırılıb.