24 Sentyabr 2024 13:57
Livanın “Hizbullah” hərəkatı İsrailin şimalındakı Megiddo hərbi hava limanına və İsrail Hərbi Hava Qüvvələrinin "Ramat-David" aviabazasına raket zərbələri endirib.
Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu barədə hərəkatın "Telegram" kanalında məlumat yayılıb.
“Afula şəhərinin qərbində yerləşən Megiddo hərbi aerodromu “Fadi-1” və “Fadi-2” raketləri ilə vurulub”.
“Hizbullah” həmçinin İsrail Hərbi Hava Qüvvələrinin Ramat-David aviabazasına raket zərbəsi endirdiyini açıqlayıb.
Qeyd edək ki, sentyabrın 23-də İsrail Hərbi Hava Qüvvələri Livanın cənub ərazilərinə irimiqyaslı hücumlar həyata keçirib. Onların hədəfi “Hizbullah”ın hərbi obyektləri olub.