METBUAT.AZ

Dünya

Hizbullah İsrailin hücumlarına belə cavab verdi

23 Sentyabr 2024 20:43

İsrail Livanın cənubuna intensiv hava zərbələri endirdikdən sonra Hizbullah İsrailin şimalındakı ərazilərə təxminən 35 raket atıb.

Metbuat.az xəbər verir ki, İsrailin şimalındakı Aşağı Qalileya və Tiberiya dənizi ətrafındakı ərazilərdə hücuma görə həyəcan siqnalları işə düşüb. İsrail ordusunun açıqlamasına görə, Amiad və Safed ətrafına 25, Aşağı Qaliley bölgəsinə 10 raket atılıb. Raketlərin bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

İsrailin fövqəladə hallar xidmətinə görə, hücum zamanı xəsarət alan var. Hayfada təhsil dayandırılıb.


metbuat.az.