28 Sentyabr 2024 16:07
Hizbullah təşkilatı lideri Şeyx Həsən Nəsrullahın öldürüldüyünü rəsmi şəkildə elan edib.
Metbuat.az xəbər verir ki, bu barədə Hizbullah bəyanat yayıb.
Təşkilat bəyanatında Nəsrullahın ölümünü təsdiq edərək İsrailə qarşı mübarizəni davam etdirəcəklərini vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl İsrail ordusu da Hizbullah liderinin öldürülməsi ilə bağlı yayılan xəbərləri təsdiqləmişdi.