METBUAT.AZ

Mədəniyyət

Hollivudda ilk dəfə bir super qəhrəmana ulduz qoyulur

18 Sentyabr 2024 17:13

Hollivud Şöhrət xiyabanında 2790-cı ulduz Betmen haqqında filmlərinin baş qəhrəmanına həsr olunacaq.

Metbuat.az "İndependent"ə istinadən xəbər verir ki, bu, Şöhrət xiyabanında bir super qəhrəmana həsr edilmiş ilk ulduz olacaq. İlk dəfə 1939-cu ildə komikslərdə debüt edən məşhur DC qəhrəmanının ulduzu 26 sentyabrda yerləşdiriləcək.

Qeyd edək ki, bu mənada "Betmen" birinci olsa da, daha əvvəl Hollivud Şöhrət xiyabanında uydurulmuş personajlar "Mikki Maus" və "Qodzilla" üçün ulduzlar olub.


metbuat.az.