25 Sentyabr 2024 14:15
Lənkərandan olan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.
Metbuat.az modern.az-a istinadən xəbər verir ki, icra başçısının qardaşı Habil Quliyevi iş yerində elektrik cərəyanı vuraraq öldürüb.
53 yaşlı H.Quliyev Xırdalan şəhərində fəaliyyət göstərən “Ay-min” MMC-də (kolbasa şirkəti) çalışırdı.
Hüzr mərasiminin Habil Quliyevin ata evində - Lənkəran şəhərində olacağı bildirilib.