18 Sentyabr 2024 16:26
Fransanın "Air France" və Almaniyanın "Lufthansa" aviaşirkətləri İsrailin paytaxtı Təl-Əvivə uçuşları dayandırıb.
Metbuat.az xəbər verir ki, bu barədə “İnterfaks” xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, uçuşların dayandırılmasına səbəb yerli təhlükəsizlik məsələləri ilə bağlı problemlərdir.
"Air France"da bölgədəki vəziyyətin gərginləşməsi səbəbindən Livanın paytaxtı Beyruta uçuşları cümə axşamına qədər dayandırıb.
Belə bir qərar dünən Beyrutda peycerlərin partlaması nəticəsində 11 nəfərin həlak olması və daha 4 min nəfərin yaralanmasından sonra verilib.