METBUAT.AZ

İdman

İlham Zəkiyev məğlub oldu -

7 Sentyabr 2024 12:48

Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunları davam edir.

Metbuat.az xəbər verir ki, cüdoçumuz İlham Zəkiyev (J1 kateqoriyası) 1/4 finalda məğlub olub. Təcrübəli idmançı 1/4 final mərhələsində Fransadan olan Ceyson Qrandra ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Zəkiyev təsəlliverici görüşə qatılacaq.

Paracüdoçumuz Dürsədəf Kərimova (J2 kateqoriyası) da məğlub olub. 70 kq-dan yuxarı çəkidə mübarizə aparan idmançı 1/4 finalda Souza Silva (Braziliya) ilə üz-üzə gəlib.

Rəqibinə məğlub olan Kərimova təsəlliverici görüşə qatılacaq.


metbuat.az.