22 Sentyabr 2024 18:45
Bu gün İranın Şimali Xorasan əyalətindəki Bocnurd şəhərində növbəti dəfə Rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.
Metbuat.az xəbər verir ki, zəlzələ 8 kilometr dərinlikdə qeydə alınıb.
Qeyd olunub ki, zəlzələ nəticəsində evlərin divarları çatlayıb, 8 nəfər xəsarət alıb.