METBUAT.AZ

Dünya

İranın Rusiyaya ballistik raketlər verməsi təsdiqləndi

10 Sentyabr 2024 09:20

Avropa İttifaqı İranın Rusiyaya ballistik raketlər verməsi barədə məlumat alıb .

Metbuat.az UNİAN-a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət sözçüsü Peter Stano deyib:

“Biz müttəfiqlər tərəfindən İranın Rusiyaya ballistik raketlərin tədarükü ilə bağlı məlumatı təsdiqləmişik".

Peter Stano bildirib ki, Aİ liderlərinin yekdil mövqeyi həmişə aydın olub:

"Brüssel İrana qarşı yeni və əhəmiyyətli məhdudlaşdırıcı tədbirlər də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə və tez cavab verəcək".


metbuat.az.