METBUAT.AZ

Dünya

İsrail bu ölkəni vurdu -

23 Sentyabr 2024 23:50

İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənub və şərqindəki yaşayış məntəqələrinə zərbələr endirib. Hücum nəticəsində ölənlərin sayı 274-dən 325-ə yüksəlib, 1 200 nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Daha əvvəl səhiyyə naziri vəzifəsini icra edən Firas Abyad hava zərbələri nəticəsində 21 uşaq və 39 qadının həlak olduğunu bildirib.

Səhiyyə Nazirliyi rəhbərinin sözlərinə görə, livanlılar 1975-1990-cı illərdə vətəndaş müharibəsi başa çatdıqdan sonra ilk dəfədir ki, belə itkilərə məruz qalırlar.


metbuat.az.