30 Sentyabr 2024 23:33
İsrail Livana qurudan hücum edə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi İsrailin Livana hücumlarının gedişatı barədə açıqlama verib. ABŞ rəsmisi bildirib ki, İsrail və amerikalı rəsmilər arasında aparılan danışıqlardan sonra İsrailin Livanın cənubuna qarşı əvvəlcədən planlaşdırdığından daha məhdud quru əməliyyatı təşkil edəcəyi barədə fikir irəli sürmək olar. O İsrailin “Hizbullah”a məxsus hədəfələri artıq vurduğuna diqqət çəkib.
Amerikalı rəsmi qeyd edib ki, İsrail Livana 2006-cı ildəki kimi hərtərəfli hücum etməyəcək. Rəsmi həmçinin bildirib ki, ABŞ bölgədəki məhdud hücumun daha böyük münaqişəyə səbəb ola biləcəyi barədə İsrail rəsmilərinə xəbərdarlıq edib.